Naxçıvanda Azərbaycan və İran iş adamlarının biznes forumu keçirilib 07 Oktyabr 2015 01:00 İqtisadiyyat Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan İranın Araz Azad Ticarət və Sənaye Zonasının icraçi direktoru Mohsen Ərəbağinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfərə gəlib. Bu barədə “Report”a İranın Naxçıvandakı baş konsulu Mansour Airom məlumat verib. O deyib ki, əvvəlcə nümayəndə heyəti Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin heykəli önünə əklil qoyublar, onun xatirəsini yad ediblər. Bundan sonra nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər, əlaqələrin inkişafı perspektivlərini müzakirə ediblər. Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədovla görüşdə isə gömrük sahəsində əməkdaşlıq perspektivləri və malların gömrükdən keçməsinin sadələşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Naxçıvan İqtisadiyyat və Sənaye Nazirliyində keçirilən görüş çərçivəsində Naxçıvan və İran biznesmenləri arasında həmçinin biznes forum da keçirilib. İran nümayəndə heyəti bu gün Naxçıvanın sənaye obyektləri ilə tanış olacaq. Teqlər : #Naxçıvanda Azərbaycan və İran iş adamlarının biznes forumu keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Korrupsiyalaşmanın rəsmi etirafı Hakimiyyət sahibkar üsyanı yetişdirir