Naxçıvan DTX-nın rəis müavini təyin edilib 07 Yanvar 2016 02:00 Siyasət Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Fariz Nəriman oğlu Bağırov Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib. Qeyd edək ki, Vasif Talıbovun 18 dekabr 2015-ci il tarixli fərmanı ilə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidməti yaradılıb və 18 dekabr 2015-ci il tarixli sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Qeyd edək ki, Naxçıvan MR milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub. Teqlər : #Naxçıvan DTXnın rəis müavini təyin edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru XİN: `Səfirliklərin bağlanması müzakirə mövzusu deyil` Səfirlik: Türkiyənin Azərbaycana viza rejimi tətbiq etməsi gözlənilmir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video