Üçüncü devalvasiya qaçılmazdır

Üçüncü devalvasiya qaçılmazdır

«Novoye Vremya» qəzetində isə «Dollar bahalaşmaqda davam edir, Nazirlər Kabineti hələ də fəaliyyətsizidir» sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, ölkədə «qara bazar»la real mübarizə aparılmır.
 
Yazıda vurğulanır ki, ölkədə dollar qıtlığı davam edəcəksə, «qara bazar»lar da olacaq.
 
Hər hərracda da dollar bahalaşmaqda davam edir: «ABŞ valyutasının bahalaşması ilə birgə inflyasiyanın növbəti dalğasını da gözləmək olar. Onsuz da inflyasiya 12 faiz həddindədir. Yeri gəlmişkən, manatın məzənnəsi, inflyasiya, vətəndaşların sosial durumu bir-birinə bağlıdır. Odur ki, hökumət manatın kəskin dəyərdən düşməsini və inflyasiya sıçrayışını önləməlidir».
 
Müəllif yazır ki, tam üzən məzənnə sisteminə üçüncü devalvasiyaya baş vermədən necə keçiləcəyini heç kim dərk etmir.
 
Məqalədə tam üzən məzənnəyə keçidin manatı sabitləşdirə biləcəyinə şübhə ilə yanaşılır. İqtisadçı - ekspert Rövşən Ağayev qəzetə bunları deyib: «İqtisadi geriləmə ilə manatın real kursunun özünü «üzən» rejimdə necə göstərəcəyini proqnozlaşdırmaq özü çətindir. Amma bir məsələni əminliklə demək olar ki, bir təhər ayaq üstə duran iqtisadiyyata həlledici zərbə olacaq».
 
R.Ağayev hesab edir ki, indiki halda manat üzən məzənnə kursuna keçsə, üçüncü devalvasiya qaçılmaz olacaq.
 
Müəllifə görə, sabitliyin, maliyyə dayanıqlığının təminatı real islahatlardır. Amma hələ ki, hökumət bu istiqamətdə fəaliyyətsizdir. /

Google+ WhatsApp ok.ru