Neft 40 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiymətindəki cüzi bahalaşma davam edir. Hazırda bazarlarda “Brent” markalı neftin qiyməti dünənə nisbətən bahalaşaraq 37.89 dollara çatıb. 
 
“Texas” nefti növbəti dəfə “Brent” neftini üstələyib. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 38.10 dollar olaraq müəyyənləşib.
 
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ötən gün 0.54 dollar bahalaşaraq 37,47 dollar təşkil edib.
 
Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi bahalaşma ilə 1 qramı 34,59 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.
 
Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Ötən gün 1 ABŞ dollarının qiyməti 1.5540 AZN təşkil edib. 1 avro 1.7043, 1 rubl 0.0221 AZN olub. 
 
Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi: 
ANS
 
 

 

Google+ WhatsApp ok.ru