Neft bahalaşacaq, amma bir ildən sonra

"Neftin qiyməti 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən artaraq, 2020-ci ildə 80 dollara çata bilər".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyinin icraçı direktoru Fateh Birol Yaponiyanın paytaxtı Tokioda keçirdiyi mətbuat konfransında deyib.
"Çətin ki, neftin qiyməti 40 dollar ətrafında uzun müddətə qalsın. Biz 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlindən etibarən neftin bahalaşmasının şahidi olacağıq. 2020-ci ildə isə onun qiyməti 80 dollara yaxınlaşacaq", - o vurğulayıb. 

Google+ WhatsApp ok.ru