Neftdə ən böyük aylıq ucuzlaşma

Neft qiymətlərində, İranın OPEC-in bu həftə keçiriləcək toplantısında hasilat kvotasını aşağı salmayacağına işarə etməsi ilə, İyul ayından bu yana ən güclü aylıq ucuzlaşma qeydə alınıb.
 
Neft Noyabr ayında 10% düşüb. İranın neft naziri Bijan Namdar Zanganeh, Tehranda bir iclasında, İranın, 4 Dekabrda Vyanada keçiriləcək OPEC iclasında hasilat kvotası haqqında əhəmiyyətli bir dəyişikliyə gedilməsini gözləmədiyini bildirmişdi.
 
Qiymətlər ötən həftənin sonunda, Liviyanın hasilatı artırması ilə aşağı düşmüşdü.
 
İstehsalçıları bazar paylarını qorumağa çalışdığı bir şəraitdə, rekord səviyyədəki qlobal təklif çoxluğunun başa çatacağına dair bir işarə yoxdur. Neft dörd aydır ki, ardıcıl orta qiymət olan 50 dollar səviyyəsindən aşağı qalır və bu qlobal maliyyə böhranından bu yana ən uzun dövrə işarə edir.
 
Vyana toplantısı zamanı, Səudiyyə Ərəbistanının yüksək xərcli şist nefti istehsal edən rəqiblərini sıxışdırmaq üşün hasilatı artırmağa dair planlar açacağı gözlənilir.
 
Analitiklər bildirirlər ki, Səudiyyə Ərəbistanı, İranın qayıdışı ilə əlaqədar strategiyasını dəyişməyəcək. Gələn ilin ilk yarısına qədər, ifrat neft təklifi görüləcək.
 
Bu gün Yanvar ayı üçün vədələşilən Qərbi Texas nefti (WTI), Nymex bazarında, 17 sent artaraq 41.88 dollara çıxıb. ABŞ xam nefti Cümə günü 1.33 dollar və ya 3.1% azalma ilə 41.71 dollardan bağlanmışdı.
 
Brent nefti isə, Londonda yerləşən ICE Futures Europe bazarında, 0,3% ucuzlaşaraq 44.73 dollara enib. Qiymətlər bu ay təxminən 10 faiz geriləyib. Avropa neft göstəricisi ilə ABŞ göstəricisi arasındakı qiymət fərqi 2.93 dollar olub.(marja)

Google+ WhatsApp ok.ru