Neft daha da bahalaşdı – QİYMƏT

Neft daha da bahalaşdı – QİYMƏT

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib.
 
Verilən məlumata görə, Brent markalı neftin 1 barelinin dəyəri  3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxmışdır. 
 
WTI neftinin yanvar füçersləri isə 3,90%  artaraq 1 barelə görə 51,37 dollar təşkil edib. 
 
Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub.
 
 
Azərbaycan nefti 7% bahalaşıb
Azərbaycan nefti 3 dollardan artıq bahalaşıb.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,47 dollar və ya 6,72% artaraq 55,11 dollar təşkil edib. (fins.az) /

Google+ WhatsApp ok.ru