Neftin qiymətlərində növbəti ucuzlaşma qeydə alınıb 10 İyul 2014 01:00 İqtisadiyyat Dünya birjalarında neftin qiyməti aşağı düşməkdə davam edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,50 dollar ucuzlaşaraq 101,79 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,12 dollar aşağı düşərək 108,16 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə London birjasında 1,12 dollar enərək 110,93 dollar təşkil edib. Teqlər : #Neftin qiymətlərində növbəti ucuzlaşma qeydə alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AMB-nin rəsmi valyuta məzənnələri İlham Əliyev özəl bankları məsuliyyətli olmağa çağırdı