Neftin qiyməti son 5 ilin minimumuna enir

Neftin qiymətində müşahidə olunan azalma davam edir.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar azalaraq 1 barelə görə 66,46 dollar olub.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar ucuzlaşaraq 69,25 dollar təşkil edib.

Google+ WhatsApp ok.ru