Neftin qiyməti 39 dollara yaxınlaşdı

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,35 dollar, yaxud 3,91% bahalaşaraq 35,92 dollar/barel təşkil edib.
 
Maide.az xəbər verir ki, "Brent" markalı neft isə 1,65 dollar və ya 4,45% artaraq 38,72 dollar/barelə bərabər olub.
 
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 41 dollar/barel olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru