Neftin qiymətləri

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 48,53 dollar olub.
 
Maide.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 48,14 dollar təşkil edib.
 
Qeyd edək ki, şənbə günü hərracların nəticələrinə görə, Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 48,7 və 48,47 dollar təşkil etmişdi. /
 
oxu.az

Google+ WhatsApp ok.ru