Neftin qiyməti 50 faiz artacaq - YENİ PROQNOZ

Neftin qiyməti 50 faiz artacaq - YENİ PROQNOZ

 
“RBC Capital Markets” bankının nümayəndəsi Helima Kroftun fikrincə, bu ilin sonuna qədər neftin 1 barrelinin qiymətinin 50 dollara çatacağını gözləməyə tam əsas var. 2017-ci ildə isə neftin 1 barrelinin qiymətinin 60 dollar səviyyəsində olacağı gözlənilir. Lakin burada çox şey hazırda təzyiq altında olan əsas neft istehsalçılarından asılı olacaq.
OPEC üzvü olan ölkələrin sentyabr ayında keçiriləcək qeyri-rəsmi görüşü indi bütün dünyada diqqət mərkəzindədir. Həmin görüşdə neft hasilatının ehtimal olunan dondurulması məsələsi müzakirə ediləcək.
Kroft deyib: “Fikrimcə, bazarda neftin qiyməti 5 dollar artacaq. Əgər OPEC hasilat səviyyəsinin dondurulması barədə bəyanatla çıxış edərsə, neftin qiymətinin artmasına hazırlaşmaq olar”. (fins.az) /

Google+ WhatsApp ok.ru