Neftin son qiyməti açıqlanıb

Neftin son qiyməti açıqlanıb

Dünya birjalarında neft yenidən ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,38 dollar azalaraq 47,58 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 48,52 dollar olub.
Neftin ucuzlaşmasına dünya bazarında dolların möhkəmlənməsi səbəb olub. 
 
 
Azərbaycan nefti isə bahalaşmaqda davam edir.
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,34 dollar və ya 0,28% artaraq 50,17 dollar təşkil edib. (apa) /

 

Google+ WhatsApp ok.ru