Neft istehsalının azaldılmasına qarşıdırlar

Məlumatlara görə, Rusiya, İraq və İraq Səudiyyə Ərəbistanının neftin qiymətini qaldırmaq üçün istehsalı azaltmaq planına qarşı çıxırlar.
 
Energy Intelligence bülleteni xəbər yayıb ki, Səudiyyə gündəlik istehsalın 1 milyon barrel azaldılması təklifini irəli sürməyə hazırdır. Təbii ki, Rusiya kimi qeyri-OPEC ölkələri də bu plana qoşularsa. Dekabrın 4-də Neft İxracatçısı olan Ölkələrin (OPEC) toplantısı keçiriləcək. Səudiyyə bu təşkilatda ən böyük istehsalçıdır.
 
Ancaq Rusiya, İran və İraq dərhal bu ideyaya qarşı çıxıblar. Rusiya bu il neft istehsalını postsovet dönəmində ən yüksək həddə saxlayıb və azaltmaq fikrində də deyil. İranla İraq isə istehsalı dramatik şəkildə artırmağı planlaşdırırlar.
 
“OPEC-dəki həmkarlarımızın bizə təzyiq göstərəcəyini gözləmirik.. Bu, qəbuledilməzdir, ədalətli deyil”, İranın neft naziri Bijan Zangeneh dekabrın 3-də Vyanada jurnalistlərə deyib. O, İrana sanksiyalar qaldırılandan sonra, gələn il istehsal artımının başlanacağına ümidini bildirib.
 
Zanganeh deyib ki, bu, onların hüququdur və İranın məqsədi 2016-cı ilin əvvəlində gündəlik istehsalı yarım milyon barel, daha sonra isə  bir milyon barel artırmaqdır. Yəni İranın gündəlik istehsalının 3.8 milyon barrelə çatdırmaq planlaşdırılır. /

Google+ WhatsApp ok.ru