NEFTİN QİYMƏTİ QALXACAQ, YOXSA DÜŞƏCƏK?

NEFTİN QİYMƏTİ QALXACAQ, YOXSA DÜŞƏCƏK?

"Yeni Müsavat" qəzetində "Neftin qiyməti 25 dollara qədər düşə bilər" sərlövhəli məqalədə ekspertlərlə "qara qızıl"ın gələcək taleyi müzakirə edilir.
 
Yazıda qeyd edilir ki, noyabrın sonunda Vyanada keçiriləcək OPEC sammitindən sonra neftin bir barreli hətta 25 dollara düşə bilər: "Sammitdə razılaşmanın əldə edilməyəcəyinin əsas səbəbi neft bazarı uğrunda gedən kəskin mübarizədir. Məhz bu səbəbdən heç bir iri neft hasilatçısı hasilatını məhdudlaşdırmağa razı olmayacaq",-deyə analitik qrup hesab edir.
 
Ekspert Natiq Cəfərli də deyib ki, OPEC və Rusiya danışıqlar, sözlü müdaxilələr, bazara psixoloji təsirlər yolu ilə müəyyən qədər qiymətləri 50 dollaradək qaldırmağı bacarıb: "Amma bazar oyunçuları nəhayət anladılar ki, OPEC-də ciddi fikir ayrılıqları var. OPEC-in qəbul etdiyi hər hansı bir qərarı yoxlamaq, qərarları pozan hər hansı ölkəyə qarşı sanksiya tətbiq etmək mexanizmi yoxdur".
 
N.Cəfərli vurğulayır ki, OPEC-ə daxil olan əsas oyunçu ölkələrdən İran, İraq, Liviya hasilatlarını maksimum həddə çatdırmağı, öz bazar paylarını qorumağı düşünürlər. Buna görə də, noyabrın sonunda Vyanada keçiriləcək görüşdə ciddi bir anlaşma olması ehtimalı çox aşağı düşüb: "Düşünmürəm ki, qiymətlər lap aşağı, 25 dollara qədər enəcək. Amma ən azı 35 dollara qədər enə bilər. Neftin qiyməti bu ilin ikinci yarısında olduğu kimi, 40-50 dollar arasında "rəqsedəcək. 2017-ci ildə dünyada iqtisadi artım tempinin də zəif qalacağını nəzərə alsaq, neftin qiymətinin uzun zaman kəskin artması ehtimalı getdikcə heçə enir". /

Google+ WhatsApp ok.ru