Neft ucuzlaşıb, qızıl bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,14 dollar azalaraq 40,36 dollar təşkil edib.
 
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,74 dollar azalaraq 43,10 dollar olub.
 
Amerika fond bazarında Dow Jones indeksi 0,16% - 17 897,46 bəndədək, S&P 500 0,10% - 2 080,73 bəndədək artıb, NASDAQ 0,16% - 4 938,22 bəndədək azalıb.
 
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,34% - 6 343,75 bəndədək, Almaniya DAX-ı 0,42% - 10 051,57 bəndədək, Fransa CAC-40-ı 0,36% - 4 495,17 bəndədək ucuzlaşıb.
 

 

Google+ WhatsApp ok.ru