Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 47,88 dollar təşkil edib. 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 48,97 dollar olub. 
Neftin ucuzlaşmasına OPEC ölkələrinin görüşü öncəsi hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranması səbəb olub.
 
 
Azərbaycanın xam neftinin bir barelinin qiyməti isə 0,05 dollar və yaxud 0,10% artıb.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 49,69 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri Light" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (fins.az) /

Google+ WhatsApp ok.ru