İnflyasiya gələn ildə də davam edəcək

İnflyasiya gələn ildə də davam edəcək

Bu il Azərbaycanda 1,3% səviyyəsində iqtisadi geriləmə olacağı gözlənilir.
 
Bu barədə Asiya İnkişaf Bankının (ADB) yenilədiyi proqnoz hesabatında deyilir.
 
Hesabata görə, 2018-ci ildə isə ÜDM-in 1% artacağı proqnozlaşdırılır. Qeyd edək ki, bundan öncə (aprel hesabatı) 2017-ci ildə geriləmənin 1,1%, 2018-ci ildəki artımın isə 1,2% olacağı proqnozlaşdırılırdı.
 
ADB-nin yeni hesabatında 2017-ci ildə Azərbaycanda 14%-lik inflyasiya olacağı da qeyd edilir. Bundan əvvəlki sənəddə isə bu rəqəm 9% olub. Bank gələn il üçün inflyasiya proqnozunu isə 8%-dən 10%-ə qaldırıb.(azadliq.info) /

Google+ WhatsApp ok.ru