İngiltərədən Fələstinə dəstək 25 İyul 2014 01:00 Siyasət Xarici işlər naziri Filip Hammond əməliyyatlara görə İsrailə xəbərdarlıq edib "Əməliyyat davam etdikcə və Qəzzada vətəndaş itkiləri artdıqca Qərb ölkələrindəki ictimaiyyətin narahatlıqları artır və İsrailə getdikcə daha az simpatiya ilə baxılmasına səbəb olur". ANS-in xəbərinə görə, bu sözləri İsrail səfəri zamanı "Sky News" televiziyasına müsahibəsində İngiltərənin xarici işlər naziri Filip Hammond deyib. Hammond, "İsrail rəsmilərini qanuni bir şəkildə özlərini müdafiə hüquqlarını yerinə yetirərkən itkiləri minimuma edirməyə səsləyirəm" - deyib. Qeyd edək ki, İsrailin Qəzzadakı hücumları dünya ölkələri tərəfindən tənqid edildiyi bir vaxtda qərb ölkələri İsrailə açıq şəkildə dəstək verir. Onlar Tel Əvivin qanuni müdafiə haqqını istifadə etdiyini bildirirlər. Teqlər : #İngiltərədən Fələstinə dəstək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sarkisyandan geriyə addım İsraildən BMT-ə alçaldıcı zərbə
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video