Nruçularla əlaqəli olan məmurlara qadağa

Onlar ölkəni tərk edə bilmirlər, səbəb bəlli deyil

“Gülənçi şəbəkə”yə daxil olduqları iddia edilən Azərbaycan məmurlarının və bir neçə deputatın ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulub. “Azadlıq”a daxil olan məlumatda deyilir ki, artıq bir müddətdir həmin şəxslər ölkədən çıxa bilmirlər.
 
Məlumata görə, hətta onlardan biri müalicə adı ilə Azərbaycandan çıxmaq istəyib. Lakin hava limanında həmin şəxsə ölkədən çıxışına qadağa qoyulduğu bildirib. O, qadağanın hansı səbəbdən qoyulduğunu soruşub. Bildirilib ki, bununla bağlı müvafiq qurumlardan izahat ala bilər. Müvafiq qurumlardan isə həmin şəxsə tapşırığın “yuxarılar”dan gəldiyini bildiriblər. Eyni zamanda ona susmağı məsləhət görüblər.

Google+ WhatsApp ok.ru