OPEC-dən neft qiymətləri üçün dialoq çağırışı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) Baş katibi Abdalla Salem əl-Badri aşağı neft qiymətlərinə dair Amerikalı neft istehsalçıları ilə dialoq qurmaq istədiyini bildirib.
 
Maide.az xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində keçirilən IHS CERAWEEK 2016 Enerji Konfransında çıxış edən Badri, bu ana qədər Rusiya, Çin, Avropa və Yaxın Şərqdəki neft istehsalçıları aşağı qiymətlər və sənayenin içində olduğu çətin vəziyyət haqqında müzakirə etdiyini deyərək, Amerikalı neft istehsalçıları ilə dialoq qurmaq istədiyini bildirib.
 
ABŞ-ın neft hasilatının də aşağı qiymətlərdən zərə çəkdiyini vurğulayan Badri, "Şist nefti OPEK-in istehsal etdiyi neftlə eyni bazarda necə birlikdə mövcud olacağını bilmirəm. Amerikadakı şist neftini illərlə yaxından təqib etdik. Ancaq qiymətlər çox aşağıdır. Aramızda bir balans tapmalıyıq", - deyə danışıb.
 
Qlobal neft sənayesində heç bir ölkənin və ya istehsalçının Texas neft şirkətlərinə tövsiyə verməyəcəyinə işarə edən Badri, dünya üzrə 300 milyon barreldən çox xam neft ehtiyatı olduğunu söyləyib. Badri bunun hansısa formada azaldılması lazım olduğunu bildirib.
 
Badri neft qiymətlərinin illərlə hər barrelə görə 100 dollardan yuxarı satıldığını və bazarın buna adət etdiyini bildirərək, "Neft qiymətləri necə yüksək qalmayıbsa, aşağı qiymətlər da artacaqdır. Bu bir dövrdür", - deyib.

Google+ WhatsApp ok.ru