Pakistanın prezidenti Azərbaycana gəlir 10 Mart 2015 02:00 Siyasət Pakistanın prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycana səfər edəcək. Maide.az xəbər verir ki, APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında reallaşacaq. 3 günlük səfər zamanı Pakistan prezidentini rəsmi şəxslər və biznesmenlərdən ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Onların arasında Pakistan Nazirlər Kabinetinin üzvləri, yüksək çinli məmurlar, energetika sektorunda çalışan böyük şirkətlərin nümayəndələri, yüngül sənaye və digər sahələri təmsil edən iş adamları var. Danışıqlar zamanı əsas diqqət iqtisadiyyat, ticarət, təhsil, müdafiə, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına yönələcək. Danışıqların yekunu olaraq 4 sənəd imzalanacaq. Pakistan prezideninin səfəri zamanı həmçinin biznes forumu keçiriləcək. Pakistan prezidenti M. Hüseyn Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 10 il ərzində Pakistana humanitar yardım sahəsindəki xidmətlərinə görə Pakistanın ali «Hilal-e Pakistan» ordenini təqdim edəcək. Teqlər : #Pakistanın prezidenti Azərbaycana gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran xarici işlər nazirinin müavini: `Böhranların sülh və əmin-amanlıq dənizi olan Xəzərə girməsinə imkan verməyəcəyik” Arif Hacılı mitinqlə bağlı Cəmil Həsənli ilə danışdığını açıqladı
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video