Pakistan prezidenti Azərbaycandadır 11 Mart 2015 02:00 Siyasət Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Maide.az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Pakistan Prezidenti Məmnun Hüseyni və xanımı Bequm Sahibanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar. Teqlər : #Pakistan prezidenti Azərbaycandadır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arif Hacılı mitinqlə bağlı Cəmil Həsənli ilə danışdığını açıqladı Milli Şuradan xalqa mitinq müraciəti
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video