Pan Gi Mun Qarabağdan danışdı

BMT-nin Baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitse Daçiç ilə görüşüb.
 
Maide.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, BMT-nin və ATƏT-in rəhbərləri bu iki təşkilat arasında əməkdaşlıq, habelə Ukrayna, Dağlıq Qarabağ və Balkanlarda vəziyyət məsələlərini müzakirə ediblər. BMT-nin Baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT ilə ATƏT arasında tərəfdaşlığı möhkəmlətməyə hazır olduğunu bildirib.
 
Fevralın 24-də İvitsa Daçiç BMT Təhlükəsizlik Şurasında çıxış edəcək. O, Serbiyanın ATƏT-də sədrliyi dövründə prioritet məsələlər haqqında informasiya təqdim edəcək.

Google+ WhatsApp ok.ru