Pensiyaya çıxma yaşı dəyişdiriləcək

Azərbaycanda pensiyaya çıxma yaşı dəyişdiriləcək.Bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı KONSEPSİYASI"nda nəzərdə tutulub.
 
Konsepsiyada bildirilir ki, əsas yeniliklər vaxtından əvvəl və ya müxtəlif səbəblərdən erkən pensiyaya çıxma halı ilə bağlı olacaq.  Daha dəqiqi, sığorta prinsiplərinə uyğun olmayan, yəni güzəştli və xüsusi şərtlərlə, habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği ödənilmiş sığorta haqqına uyğunlaşdırılacaq.
 
Ümumiyyətlə, hökümət əhalini pensiyaya daha gec çıxmağa stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan yeni mexanizmlər tətbiq etmək niyyətindədir.
 
Bundan başqa, zərərli və təhlükəli işlərdə çalışanlar, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar və digər kateqoriyalar üçün pensiya təyinatı və sığorta haqqı normativləri şərtlərinə yenidən baxılması nəzərdə tutulur. Konsepsiyaya əsasən, bu işlər 2014-2015-ci illərdə həyata keçirilməlidir. Hazırda 2014-cü ilin sonu olduğunu nəzərə aldıqda, dəyişikliklərin əsas hissəsi məhz gələn il həyata keçiriləcək.
 
Konsepsiyaya əsasən qadınlar və kişilərin pensiya yaşına da yenidən baxılacaq və bu zaman ölkədəki demoqrafik vəziyyət nəzərə alınıcaq.Amma bu proses bir qədər gec - yəni 2018-ci ildən başlanacaq.

Google+ WhatsApp ok.ru