Polşalı diplomatlar Rusiyadan qovuldu

Rus diplomatların Polşadan çıxarılmasına cavab olaraq çoxlu sayda polyak diplomat Rusiyadan xaric edilib.
 
Maide.az-ın məlumatına görə,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin bəyanatında deyilir: “Öz statuslarına uyğun olmayan fəaliyyətlərinə  görə çoxlu sayda polşalı diplomat ölkəmizi tərk edib”. 
 
Qeyd edək ki, bundan öncə  xəfiyyəlikdə şübhəli bilinən Kolonel Zbignieu adlı şəxslə  əlaqələrinə görə Polşa hakimiyyəti Rusiya səfirlyinin əməkdaşını ölkədən uzaqlaşdırıb. Polşa Milli Müdafiə Nazirliyi  bildirib ki, səfirliyin əməkdaşı diplomat yox, Rusiya Baş Kəşfiyyat İdarəsinin üzvüdür. 

Google+ WhatsApp ok.ru