İpoteka krediti istəyirsənsə, maaşın bu qədər olmalıdır

Azərbaycanda ipoteka krediti götürən şəxslərin aylıq gəlirlərinə görə yeni pay bölgüsü məlum olub.
 
Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fonduna istinadən xəbər verir. Fondun məlumatına əsasən, borcalanların 37,8%-nin gəliri 1100 manatdan çox olub. 900-1100 manat qazananlar 15,6%, 700-900 manat aylıq gəliri olanlar isə 20,6% paya malikdir.
 
Başqa sözlə, ipoteka kreditlərin in 74%-ni aylıq gəliri 700 manatdan çox olanlar alır. 500-700 manat gəliri olanların payı 17,1%-i, 300-500 manat qazananlar 6,7%-dir. İpoteka kreditlərinin 2,2%-ni isə qazancı 300 manatdan az olub.
 

Google+ WhatsApp ok.ru