Problemli kreditlərin həcmi artıb - SON RƏQƏM

2015-ci il fevralın 1-nə Azərbaycanda problemli kreditlərin məbləği 1 milyard 508,5 milyon manat təşkil edib. 
 
Maide.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında qeyd edilir.  
 
Hesabata görə, bu rəqəm ötən ilin anoloji dövrü ilə müqayisədə 532,2 milyon manat və ya 54,5% çoxdur. 
 
Son bir ayda (manatın təkrar devalvasiyasından sonra) isə problemli kreditlərin həcmi 278,9 milyon manat və ya 22,7% artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,6%-dən 6,9%-ə yüksəlib./

Google+ WhatsApp ok.ru