Problemli kreditlər arta-arta gedir...

Bank aktivlərinin kreditləşmə potensialı, azı, 15 faiz azalıb
 
Ötən ilin əvvəlindəki 1-ci devalvasiyadan öncə bank aktivlərinin 75 faizi kreditləşməyə yönəlmişdi. İndi bu göstərici 60 faizdən də aşağı düşüb.
 
Bütün bunlarla yanaşı, iqtisadiyyatın bütövlükdə pulsuzlaşması sezilir.
 
Ekspertlərin fikrincə, Mərkəzi Bank (MB) bir sıra səbəblərdən iqtisadiyyatda pul kütləsini azaldır. MB, əsasən, dövriyyəyə buraxılan manatın dollara dəyişdirilməsindən ehtiyatlanır.
 
MB-nin pul kütləsini azaltdığı bir vaxtda banklar da kreditləşməni məhdudlaşdırıb. Bu durumda aktual sual doğur: Belə gedərsə, iqtisadiyyatın axırı necə olacaq?
 
“Xarici aktivlərin manatla həcmi...”
 
İqtisadçı ekspert Rövşən Ağayev bank resurslarının təxminən 30 faizinin, yəni 10 milyard 700 milyon manatının hazırda milli iqtisadiyyata, real sektorun inkişafına töhfə verməyən hərəkətsiz kapitala çevrildiyini xatırladır:
 
“Həmin resursların 85 faizi və ya 9 milyard 100 milyon manatı xarici aktivlər kimi qeyri-rezident kredit təşkilatlarında saxlanır. Xarici aktivlərin manatla həcmi 2015-ci ilin yanvarından indiyədək 3 dəfə artıb. 1 milyard 600 milyon manatsa sərbəst bank ehtiyatları kimi kommersiya banklarının MB-dəki hesablarında saxlanır. Bu ehtiyatların həcmi bir il 4 ayda 4 dəfə artıb”. /

Google+ WhatsApp ok.ru