Professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabının təqdimatı keçirilib

Əməkdar hüquqşünas, professor İlham Rəhimovun “Cinayət və cəzanın fəlsəfəsi” kitabının Azərbaycan dili versiyasının təqdimat mərasimi keçirilib.
 
Elm xadimləri, deputatlar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər bildiriblər ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı Azərbaycan hüquq tarixinə böyük töfhədir. Müəllif isə vurğulayıb ki, kitabı yazarkən “Quran”la yanaşı “İncil” və digər dini kitablardan yararlanıb. Kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilib. Kitab yalnız hüquq fakültəsinin müəllimləri, tələbə və magistrlərinin deyil, başqa sahələrdə çalışan insanların da marağına səbəb olub.

Google+ WhatsApp ok.ru