Qəzzaya vurulan ziyanların statistikası açıqlanıb

İsrailin hücumu nəticəsində Qəzzaya dəyən ziyan 3 milyard yarım təxmin edilir.
 
İnterAz-ın "Əlcəzirə"yə istinadla verdiyi xəbərə görə, İsrail ötən ayın 7-dən başlayaraq, 51 gün ərzində həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada 134 zavod və fabriki dağıdıb. Məlumata əsasən, Qəzzada 2358 mənzil tamamilə, 13644 mənzil isə qismən dağıdılıb. Məscidlərə gəldikdə isə 60 məscidin tamamilə və 109 məscidin qismən dağıdıldığı deyilir.
 
Aviazərbələr nəticəsində dağıdılmış obyektlərin sırasında iki hündürmərtəbəli yaşayış binası və iki hündürmərtəbəli ticarət obyekti də var.
 
Burada ölən, yaralananlar və qaçqın düşənlərin statistikası isə daha acınacaqlıdır. Mənbə, ölənlərin sayının 2139, yaralananların sayının isə 11,128 elan edib. Ölənlərin sırasında 579 uşaq, 263 qadın və 102 qoca vardır. Həlak olanların əksəriyyəti Qəzzanın Xan-Yunis rayonuna aid edilir.
 
İsrailin təcavüzü nəticəsində qaçqın düşmüş insanlar isə 466 min nəfərdir.
 
Məlumata əsasən, İsrail ordusu bu 51 gün ərzində 49 ailəni qətliam edib ki onlar ümumilikdə 530 nəfərdir.
 
HƏMAS-ın İsrailə atdığı cavab raketləri nəticəsində 67-i əsgər və 3-ü mülki şəxs olmaqla 70 israilli ölüb. HƏMAS və Qəzzadakı digər briqadalar bu zərbələrdə İsrailə 4564 raket atıblar. İsrail isə Qəzzada 5263 məkanı hədəfə alıb. /

 

Google+ WhatsApp ok.ru