Qahirədə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında toqquşma

Sabiq diktator Hüsnü Mübarəkin bəraət almasına etiraz edən misirli aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalarda bir neçə nəfər yaralanıb, çoxlu sayda insan isə həbs olunub.
Maide.az-ın Əl-Aləm telekanalına istinadən məlumatına görə, paytaxt Qahirənin Əbdülmənəm Riyaz meydanında keçirilən aksiyada iştirak edənlərin çoxu təhlükəsizlik qüvvələri ilə çıxan toqquşmada yaralanıb.
Təhlükəsizlik qüvvələri təhlükəsizlik zonası yaratmaq və Əl-Təhrir meydanını mühasirəyə almaqla yanaşı, aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlardan istifadə ediblər.
Misirin təhlükəsizlik qüvvələri Əl-Təhrir meydanına gedən  yolları bağlayaraq, aksiya iştirakçılarına qarşı güc tətbiq ediblər.
Sabiq diktator Hüsni Mübarək barəsində çıxarılan məhkəmə qərarına etiraz edən aksiya iştirakçıları əsasən inqilabçı hərəkata bağlı olan qüvvələrdəndirlər.
Bu etiraz aksiyası bəzi siyasi cərəyanların paytaxt Qahirənin bütün meydanlarında etiraz aksiyalarının keçirilməsi ilə bağlı çağırışlarının ardınca keçirilib.
Misirin bir sıra digər şəhərlərində də məhdud formada etiraz aksiyaları keçirilib.
İxvanulmuslimin hərəkatının tərəfdarları tərəfindən keçirilən bu etiraz aksiyasında hazırkı hökumətin hakimiyyətdən getməsi tələbi səsləndirilib. /
 

Google+ WhatsApp ok.ru