`Qara bazar` dolları banklardan ucuz satır

`Qara bazar` dolları banklardan ucuz satır

“Qara bazarda” dolların satış kursu bir bir gün ərzində 16 qəpik düşüb.

Hazırda qeyri-qanuni  bazarda dollar 1,6800-1,6900 manata satılır. Halbuki, əksər banklarda dolların satış kursu 1,7000-dən yuxarıdır.

Bank üzrə ekspert Ramin Rəhimovun fikrincə, banklardan qara bazara ötürülən dollar kütləsi ölkədə bu valyutanın satışının bahalaşmasına və süni qıtlığa səbəb olmuşdu.

Mərkəzi Bankın dövriyyədə dollar kütləsini artırmaq üçün hərraca daha çox vəsait çıxartması isə məzənnəyə dərhal təsir göstərdi.

Qeyd edək ki, sentyabrın 8-də keçirilən hərracda Neft Fondu 200 milyon, Mərkəzi Bank isə 100 milyon çıxartmaqla ümumilikdə 300 milyonla iştirak etdi. (Fins.az) /

Google+ WhatsApp ok.ru