`Qara qızıl` günü-gündən ucuzlaşır

Dünya bazarında “qara qızıl”ın qiyməti tədricən düşməyə başlayıb.
 
Neftin dünya bazarlarında qiyməti qismən düşüb.
 
Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenə ucuzlaşma qeydə alınıb.
 
Neftin qiyməti bazarda yanacağın həddindən çox bolluğu fonunda enib. Buna hazırkı real ticarət məlumatları şahidlik edir.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.16 dollar (0.26%) azalaraq 60.22 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.12 dollar (0.19%) ucuzlaşaraq 63.22 dollar olub.

Google+ WhatsApp ok.ru