``Qara qızıl` insan kapitalına çevrilmədi`

``Qara qızıl` insan kapitalına çevrilmədi`

"Yen Müsavat" qəzetində ""Neft pulu ilə Azərbaycanı yenidən qurmaq olardı" iddiasına reaksiya" sərlövhəli məqalə oxumaq olar. .
 
Yazının əvvəlində deputat Əli Məsimlinin açıqlamalarına yer verilir. Həmin açıqlamada Ə.Məsimli Neft Fondunun vəsaitlərinin səmərəsiz xərcləndiyini bildirib. Deputat deyib ki, həmin vəsaitlərlə yeni bir Azərbaycan qurmaq olardı.
 
Ə.Məsimli vurğulayıb ki, hazırda xarici borc ümumi daxili məhsulun (ÜDM) 20 faizinə bərabərdir. Ancaq Beynəlxalq Bankın öhdəlikləri dövlətə ötürülməklə bu borc 30 faizə yüksəlir.
 
Deputat hesab edir ki, struktur islahatlarını dərinləşdirmək, idarəetmənin səmərəliliyini artırmaq və korrupsiyanın aradan qaldırılmasına nail olmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər.
 
Deputatın bu fikirlərini dəyərləndirən iqtisadçı-ekspert Qubad İbadoğlu isə deyib ki, indiyə kimi neftdən gələn vəsaitlər 135 milyard dollar təşkil edib. Onun da təxminən 100 milyard dolları xərclənib.
 
Q İbadoğlu da hesab edir ki, bu vəsaitlərdən daha səmərəli, daha rasional istifadə etmək olardı. Onda indi Neft Fondunda 35 milyard yox, 70 milyard dollar vəsait qalardı.
 
İqtisadçının fikrincə, bu 70 milyard dollar vəsait ölkənin böhrandan çıxmasından ötrü baza rolunu oynaya bilərdi
 
Q.İbadoğlu deyib ki, hökumətin "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası baş tutmayıb:
 
"Bu pullar real sektora yönəldilmədi, "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində işlər görə bilmədik. İndi artıq, o imkanlar itirilib". /
 

Google+ WhatsApp ok.ru