Qorbaçov: `ABŞ-ın yenidənqurmaya ehtiyacı var`

Sovet İttifaqının son rəhbəri Mixail Qorbaçov verdiyi müsahibədə ABŞ xalqının müharibə istəmədiyini, ancaq buna baxmayaraq, Amerika cəmiyyətində yaranmış bəzi mexanizmlərin də qarşısını almağın çox çətin olduğunu bildirib
 
Maide.az xəbər verir ki, Amerika mətbuatının dünyada baş verməkdə olan mühüm məsələlərə dair başqa ölkələri ittiham işini yaxşı bacardığını qeyd edən Qorbaçov, Ukraynada baş verən böhrana görə Rusiyanı günahlandırmasını isə bu vəziyyətin ən son nümunəsi olduğunu da sözlərinə əlavə edib. Qorbaçov RT Televiziyasında yayımlanan "SophieCo" adlı proqramda verdiyi müsahibədə, ABŞ-ın mövcud siyasətləri və dünyada baş verən son proseslər barədə fikirlərini bölüşüb.
 
Müsahibədə Rusiyanın da daxilində yer aldığı lider ölkələrin ABŞ-ın mövcud varlığını nəzərə almaq məcburiyyətində olduğunu bildirən Qorbaçov, "ABŞ, baş verməkdə olan proseslərə çıxış və bütün dünyanın maraqlarına uyğun şəkildə bəzi qərarları almaq hüququna malikdir. Ancaq Vaşinqton lider olmaq istəyirsə, bunu təkbaşına etməyə çalışmamalıdır.
 
Bəli, lider olmaq istəyirlər və bu imkana da malikdirlər, ancaq indiki liderlik anlayışı yalnız və yalnız digər ölkələrin dəstəyi, əməkdaşlığı ilə mümkündür. Bu səbəbdən sözügedən liderlik bir növ həmrəylik liderliyi və ya kollektiv liderlik şəklində olmalıdır", - deyib.
 
ABŞ xalqının Vaşinqton tərəfindən aparılan müharibələrə qarşı olduğunu və müəyyən bir sıra mexanizmlərin hakim olduğu cəmiyyətdə yaşamağa çətinlik çəkdiyini qeyd edən Qorbaçov, "ABŞ-ın bir "Perestroyka", yəni yenidənqurma prosesinə ehtiyacı var", - deyərək, sözlərini tamamlayıb.

Google+ WhatsApp ok.ru