İqtisadiyyatı tənəzzülə aparan bank böhranı

İqtisadiyyatı tənəzzülə aparan bank böhranı

-- bu sektorun zəifliyi iqtisadiyyatı da `aşağı dartır`

"Novoye Vremya" qəzetində isə "Bankların böhranı iqtisadiyyatı da batırır" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif deyir ki, Azərbaycan banklarında kapitallaşma yaxşı durumda deyil və bu kapitallaşma olmadan bank sisteminin sağlamlaşdırılması mümkünsüzdür.
 
Yazı müəllifi vurğulayır ki, beynəlxalq reytinq agentliyi "Moodyus"un analtikləri də hazırda Azərbaycan bank sisteminin ölkə iqtisadiyyatını lazimi səviyyədə kreditlə təmin də bilmədiyini deyir:"2017-ci ilin 9 ayına əsasən 2017-ci ildə Azərbaycanda banklar tərəfindən kapitallşama 25% olub. Bütünlükdə artıq 20 aydır ki, kreditləşmənin tənəzzülü davam edir. Real sektorun kreditləşməsi səviyyəsi 2013-cü ilin martından bu yana bu qədər aşağı olmamışdı, bank sisteminin zəifliyi bankların əksəriyyətinin kifayət qədər kapitallaşmaması ilə əlaqəlidir".
 
Müəllif xatırladır ki, banklarin təkcə iqtisadiyyatın yox, həm də fiziki şəxslərin kreditləşməsini azaltması birbaşa bank sisteminin ümumi vəziyyətinə bağlı məsələdir.
 
Yazı müəllifi vurğulayır ki, 2015-ci ildən neftin qiymətinin kəskin enməsilə başlayan iqtisadi böhran, bank sistemində böhran, manatın devalvasiyası, nağd valyuta qıtlığı öz işini gördü: "Kreditləşmə sürətlə azalmağa başladı. Fiziki şəxslərin kreditləşməsinin tənəzzülü banklara qazanmaq imkanı vermirsə, iqtisadiyyatın kreditləşməməsi iqtisadiyyatın inkişaf tempinə əngəl olur".
 
Müəllif hesab edir ki, bu, yolverilməzdir, belə ki, kreditləşmə olmadan qeyri-neft sektorunun inkişafını düşünmək belə mənasızdır, nəticə etibarilə bu cəhət bütün iqtisadi göstəricilərə mənfi təsir göstərir, bu halda iqtisadiyyatın və ümumi daxili məhsulun (ÜDM) artımına nail olmaq mümkün deyil.
 
Yazıda "Moodyus"un 2018-ci ildə ÜDM-in 1,5% artacağı, iki il ərzində inflyasiyanın 5-6%-ə enəcəyi proqnozuna inamsızlıq ölkə iqtisadiyyatında heç də hər şeyin o qədər də sadə durumda olmaması ilə izah edilir.
 
Müəllif bu proqnozun inandırıcı olmamasını öz baxımından belə arqumentləşdirir ki, artıq 6 aydan çoxdur ki, manat sabit məzənnədədir, amma inflyasiya nəinki enmir, əksinə istehlak bazarında da, xidmət növlərində də qiymət artımı davam edir.
 
Müəllif deyir ki, "Fitch" beynəlxalq reytinq agentliyi manatın məzənnəsinin sabit qalmasını neftin indiki qiymətinin imkan verdiyi valyuta müdaxiləsilə əsaslandırır: "Buna görə də bu məzənnə inflyasiyanın və qiymətlərin enməsinə, bank sektorunun sağlamlaşdırılmasına təsir göstərə bilmir. Iqtisadiyyatın kreditləşməsi azaldıqca, bank əmanətlərinin sayı da azalır, amma qaytarılmamış kreditlərin həcmi artmaqda davam edir.
 
Müəllif hesab edir ki, bank sistemindəki böhran ölkə iqtisadiyyatına ən ağır zərbə vurub və bu sektorun zəifliyi iqtisadiyyatı da "aşağı dartır".
 

Google+ WhatsApp ok.ru