Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri seçilib

Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri seçilib.
 
Q. İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bu gün keçirilən təsis konfransında açıq səsvermə nəticəsində səslərin əksəriyyətini qazanıb.
 
Konfrans üzvlərinin 1-i bitərəf qalmaqla, qalanları Q. İbadoğluna səs veriblər.
 
Qeyd edək ki, konfransda ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.

Google+ WhatsApp ok.ru