Qubad İbadoğlu Müsavat rəhbərliyinə mesaj göndərdi

“Müsavatda repressiyalar dayandırıldıqdan sonra növbədənkənar qurultay çağırışları yenidən gündəmə gələcək”

“Müsavat Partiyasında azadlıqlara dəyər verilmədiyinə görə, təşəbbüslər sistemli şəkildə boğulur”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib.
 
Q. İbadoğlu bildirib ki, son zamanlar partiya üzvlərinin hüquqlarına və Nizamnaməyə zidd addımlar daha da genişləndiyindən yaxın dövrdə əsas mübarizə müsavatçıların hüquqlarının müdafiəsinə yönəlib: “Bu mərhələni bitirdikdən, partiyadaxili repressiyaları dayandırdıqdan sonra növbədənkənar qurultay çağırışları yenidən gündəmə gələcək”.
 
Xatırladaq ki, Müsavat Partiyasından çıxarılan üzvlərin hüquqlarını qorumaq məqsədilə Q. İbadoğlu və tərəfdarları tərəfindən müdafiə komitəsi təsis edilib. Bundan əvvəl isə Q. İbadoğlunun rəhbərliyi ilə Müsavatda növbədənkənar qurultay keçirmək üçün təşəbbüs qrupu yaradılıb.  

Google+ WhatsApp ok.ru