Qubad İbadoğluna dəstək artır

Politolq Leyla Əliyeva Müsavat başqanlığına namizədini açıqlayıb

Politolq Leyla Əliyeva Müsavatın qurultayında dəstəklədiyi namizədin kimliyini açıqlayıb.
 
O, MİA-az-a açıqlamasında bildirib ki, Qubad İbadoğlu uğurlu ictimai xadim, yüksək professional alim, təcrübəli lider və siyasət üçün tələb olunan digər keyfiyyətləri özündə birləşdirən güclü namizəddir: "İbadoğlu sosial bacarıqları sayəsində ən mürəkkəb ictimai qrupda lider olmaq, barışdırıcı mövqeyi ilə insanların ziddiyyətli maraqlarını uzlaşdırmaq və onları birləşdirmək qabiliyyətinə malik olan əsil siyasətçidir. O, həm də diplomatik bacarığa və mükəmməl idarəçilik qabiliyyətinə malik təşkilatçıdır. Onun bütün fəaliyyəti demokratiya uğrunda mübarizəyə həsr olunmuş və mən onu ideallarına sadiq olan bir şəxs kimi hər kəsdən fərqləndirirəm. Onun Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Forumunun Milli Platformasının koordinatoru kimi fəaliyyəti dövründə Azərbaycana qarşı ədalətsizliyə yol verilməyib, o, həmişə milli və dövləti maaqları üstün tutub və məhz onun sayəsində nəinki Azərbaycandan, hətta digər ölkələrdən olan demokratiya qurbanlarına kömək olunub. Onun təklifləri ilə insan hüquqlarının vəziyyətinə dair çoxsaylı şərhlər qəbul edilib. Vətəndaş hüquqları müdafiəçisi və siyasətçi kimi Qubad İbadoğlu bütün sahələrdə, o çümlədən, alim kimi tədqiqat fəaliyyətində, beynəlxalq səviyyəli ekspert kimi Avropa İttifaqının Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü kimi, yerli ictimai koalisiyaların rəhbəri olaraq neft gəlirlərinin şəffaflığına nəzarətçi kimi o əvəzolunmazdır. Ən mürəkkəb siyasi vəziyyətlərdə Qubad İbadoğlu təşəbbüsü ilə Azərbayacan vətəndaş cəmiyyəti qorunub. Bu uğurları ilə yanaşı Qubad İbadoğlu vicdanlı və təmiz insan, işgüzar və məsuliyyətli ugur adamıdır. Qubad İbadoğlu, xüsusilə beynəlxalq səviyyədə Müsavat Partiyasının əlaqələrinin inkişafına əvəzolunmaz töhfə verə bilər. Çünki onun dünyanın hər yerində. Avropa və Amerika Birləşmiş Ştatlarında yüksək nüfuzu var”.

Google+ WhatsApp ok.ru