Qubad İbadoğlunun şikayətinə bir ay ərzində cavab veriləcək

Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyanın qurultayındakı seçki və Nizamnamə pozuntuları ilə bağlı şikayətinə bir ay ərzində cavab veriləcək. Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Q. İbadoğlunun şikayəti artıq Mərkəzi Nəzarət və Təftiş Komissiyasına daxil olub və araşdırılır.  
 
Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Qubad İbadoğlu 200 isə səslə ikinci olub.

Google+ WhatsApp ok.ru