Qubad İbadoğlunun tərəfdarları Müsavatın toplantı zalına buraxılmayıblar

Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu və tərəfdarları partiyadakı vəziyyətlə əlaqədar Müsavatçıların Hüquqlarını Müdafiə Komitəsi təsis ediblər.
 
Komitə partiyanın sonuncu qurultayından sonra bəzi fəal üzvlərin Müsavatdan kənarlaşdırılmasının qarşısını almaq məqsədilə yaradılıb. Bununla əlaqədar müsavat üzvlərinə və partiya rəhbərliyinə müraciət ünvanlanıb.
 
Q. İbadoğlu fevralın 2-də fəaliyyəti ilə əlaqədar Divana dəvət olunsa da, Bakıda olmayacağını səbəb göstərərək, Divana qatılmayacağını bildirib. Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə Divanda iştirak edəcək.
 
Q. İbadoğlu Müsavat rəhbərliyinə partiyada yaranmış vəziyyətin birgə müzakirəsini təklif etsə də, başqan Arif Hacılı və sabiq başqan İsa Qəmbər də daxil olmaqla, partiya rəhbərliyindən heç kim toplantıya qatılmayıb. Eyni zamanda Müsavat rəhbərliyi Q. İbadoğlu və tərəfdarlarının müzakirələri toplantı zalında keçirməsinə şərait yaratmayıb, toplantı partiyanın bufetində keçirilib.

Google+ WhatsApp ok.ru