Qızıl bir qədər bahalaşacaq

Qızıl bir qədər bahalaşacaq

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması (Brexit) dünya bazarında əsas risksiz maliyyə aktivi sayılan qızıla olan cari tələbatı artırıb.

"Report" xəbər verir ki, "Brexit"in qlobal maliyyə bazarlarında böhran kimi qəbul edilməsi investorları riskli maliyyə aktivlərini sataraq qızıl və ABŞ dolları almağa məcbur edib. Nəticədə, qızılın qiyməti referendumun nəticələri məlum olandan sonra sürətlə artmağa başlayıb. Bir neçə saat ərzində qiymət 109 dollar və ya 8,7% artaraq 1 362 dollar/unsiyaya çatıb. Hazırda isə qızılın qiyməti 1 321 dollara bərabərdir.

"Report"un analitik qrupu hesab edir ki, qızılın qiyməti 1 400 dollar/unsiyaya qədər yüksəldikdən sonra azalmağa başlayacaq və 1 250 dollara kimi geriləyəcək. Azalmaya səbəb kimi FES-in iyul iclasında uçot dərəcəsini artırmasi ilə bağlı risklər göstərilir. Qızılın qiyməti noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkilərinin tarixi yaxınlaşdıqca yenidən yüksəlişə keçə bilər. Yaxın bir il ərzində isə qızlın qiymətinin 1 250-1 400 dollar/unsiya diapazonunda hərəkət edəcəyi proqnozlaşdırılır.

Google+ WhatsApp ok.ru