Qızıl kəskin bahalaşıb – QİYMƏT SIÇRAYIŞI

Dünya bazarlarında qızılın qiyməti kəskin artıb. Fins.az-ın məlumatına görə, birjalarda qızılın 1 unsiyasının (31 qram) qiyməti 30,30 dollar bahalaşaraq 1 243 dollara qalxıb.
Bahalaşmayə ABŞ-da məşğulluq göstəricilərinin gözləniləndən pis olması barədə hesabatın yayılması səbəb olub. 
Qeyd edək ki, ABŞ-da May ayında kənd təsərrüfatı xaric məşğulluq 38 min ilə gözləntilərdən aşağı artıb. Ekspertlər May ayında 164 min məşğulluq artımı gözləyirdi.
Bu 2010-ci ilin payızından bu yana görülən ən pis göstəricidir. Məşğulluq bazarındakı bu zəiflik Fedin faizləri artırmaqda çətinlik çəkə biləcəyinə işarə edir.
 

Google+ WhatsApp ok.ru