Rəsmi İrəvandan geri addım

Ermənistan parlamenti Dağlıq Qarabağın “müstəqilliyi"nin tanınması layihəsini müzakirəyə çıxarılmasını qəbul etməyib. 
 
Maide.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, "İrs" partiyasının təqdim etdiyi qanun layihəsinin müzakirəyə çıxarılması əleyhinə çıxış edən Ermənistanın Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan bildirib ki, qanun layihəsi kifayət qədər müasir deyil. O, fraksiya üzvlərinin səsvermədə iştirak etməyəcəklərini bəyan edib. Qanun layihəsinin müzakirəyə çıxarılmasının lehinə cəmi 8 deputat səs verib. Digər deputatlar isə ümumiyyətlə səs verməyiblər. 
 
Qeyd edək ki, "İrs" partiyası son illər qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasına dəfələrlə təşəbbüs göstərib. Ermənistan parlamentinin sədri Qalust Saakyan isə Dağllıq Qarabağın müstəqilliyini tələb etməyin təxribat və siyasi kapriz olduğunu demişdi. Ermənistan Millli Konqresinin üzvü Levon Zurabyan da belə bir qanun layihəsinin müzakirə çıxarılmağının qəbuledilməz olduğunu bildirmişdi. "Bu addım Ermənistanın danışıqlar prosesindən çıxması anlamına gəlir. Bu Ermənistanın daha çox təcrid olunması və Qarabağda hərbi əməliyyatların başlaması ehtimalının artmasına gətirib çıxaracaq", - deyə Levon Zurabyan bildirmişdi.

Google+ WhatsApp ok.ru