Ramallahda Fələstin rəsmisinin İsrail tərəfindən qətlə yetirilməsi təsdiqini tapdı

Prezident Rəmallahda fələstin məmurunun qətlə yetirilməsini təsdiqləyib
Maide.az-ın məlumatına görə, Fələstinin prezidenti Mahmud Abbas bu gün İsrail əsgərləri ilə fələstinlilərin Rəmallahda toqquşması zamanı dövlət nümayəndəsi Əbu Ziyad Aynın öldürülməsini kəskin pisləyib.
Hadisə ilə əlaqədar Fələstində üç günlük matəm elan olunub.
İslamazeri.az saytının “RT"-ə istinadən verdiyi xəbərə görə, bu gün İordan çayının qərb sahilinin inzibati mərkəzi sayılan Ramallahda  işğalçı İsrail hərbiçiləri ilə fələstinlilər arasında toqquşma baş verib. Nəticədə Fələstinin Milli Birlik naziri Ziad Əbu Ayn dünyasını dəyişib. “İtartass” xəbər agentliyinə istinadən toqquşma etiraz aksiyası zamanı baş verib.
İsrailli əsgərlərdən biri onun sinəsindən silahın qundağı ilə vurub. Zərbədən sonra nazir yerə yıxılıb. Onu dərhal xəstəxanaya aparsalarda həyatını xilas etmək mümkün olmayıb. 
Xatırladaq ki, Ziyad Əbu Ayn öncə məhbus məsələləri üzrə nazir, daha sonra yahudi məskənlərinin məsələləri üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. /

Google+ WhatsApp ok.ru