İran aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

İran aviaşirkəti Bakıya uçuşlar həyata keçirəcək

 
Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda" lou-kosteri (Rostov-Bakı) və İranın Mahan Air aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.
 
Bu barədə H.Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.
 
Qeyd edək ki, 2016-cı ildə Pegasus, Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo və Komaviatrans aviaşirkətləri Azərbaycana uçuşlara başlamışdır. (Marja) /

Google+ WhatsApp ok.ru