İran aviaşirkətləri Azərbaycana uçuşların sayının artırılmasında maraqlıdır 26 Dekabr 2016 02:00 İqtisadiyyat “İran Azərbaycana aviareyslərin sayını artırmağa hazırdır”. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib. O bildirib ki, İran tərəfi həftədə uçuşların sayını 11-ə çatdırmağa hazırdır: “Hazırda iki ölkə arasında ən çox uçuşlar həyata keçirən şirkət AZAL-dır. İran şirkətləri də uçuşların sayını artırmaqda maraqlıdır. Biz tərəfdən görüləcək iş iki ölkə arasında uçuşların sayını artırmaq üçün imkanların yaradılmasıdır. Aviareysləri açmaq və ya onların sayını artırmaq istəyən şirkətlər bizə müraciət etsələr, müvafiq addımlar atacağıq. Ümidvaram ki, yaxın gələcəkdə iki ölkə arasında uçuşların sayı artacaq”. / Teqlər : #İran aviaşirkətləri Azərbaycana uçuşların sayının artırılmasında maraqlıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər Azərbaycanda qışda daş konstruksiyalardan dondurma üsulu ilə 4 mərtəbədən artıq binanın tikintisi qadağan edilib