İran prezidenti bu il Azərbaycana səfər edə bilər

Belə bir açıqlma ilə İranın Azərbaycandakı səfiri çıxış edib

"İki ölkə arasında yaxın dostluq əlaqələrini nəzərə alaraq düşünürəm ki, İran prezidenti bu il ərzində Azərbaycana səfər edə bilər".
 
Bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Səfir həmçinin qeyd edib ki, Sumqayıtda dərman zavodunun tikintisi ilə bağlı gələn həftə İran nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir. Onun sözlərinə görə, zavod Sumqayıtdakı Kimya parkında tikiləcək: “Birinci mərhələdə burada ehtiyac duyulan dərmanlar İrandan Azərbaycana gətiriləcək. İkinci mərhələdə dərman istehsalının texnologiyası Azərbaycana gətiriləcək. Üçüncü mərhələdə isə həmin dərmanlar yüz faiz Azərbaycanda istehsal olunacaq. Birinci və ikinci mərhələ arasında 4 5 il vaxt çəkə bilər".
 
M.Pakayin deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri tarixi səfər idi. Ən yüksək səviyyədə 11 sənəd imzalandı. Araz çayı üzərində Xudafərin, Qız qalası bəndlərinin tikintisinə aid olan dövlətlərarası sazişin imzalanması da böyük hadisədir.
 
Səfir bildirib ki, imzalanan 11 sənədin ikisi neft-qaz sahəsində əməkdaşlıqla bağlıdır: "SOCAR və İranın "Qədr" şirkəti arasında neft-qaz sahələrinə investisiya ayrılması ilə bağlı anlaşma Memorandumu imzalandı. Bг sənədə əsasən, tərəflər neft-qaz sahəsində birgə yatırımlara dair razılığa gəlib. İkinci sənəd isə İran Milli Neft Şirkəti ilə SOCAR arasında imzalandı. Sənəddə Xəzər dənizində neft-qaz sahələrinin araşdırılması nəzərdə tutulur.
 
Dəmiryolu şirkətləri arasında da sənədlər imalandı. Bunlar Astara-Astara dəmiryolu xəttinin çəkilməsi və Astaraçay üzərində körpünün tikintisini ilə bağlıdır. 
 
Bundan başqa, imzalanmış gömrük, kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə sahəsində əməkaşlığa dair sənədlərin də mühüm əhəmiyyəti var. Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sənəddə İranın Sumqayıtda dərman istehsalına başlaması niyyəti də var. İki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirilkləri, ailə və qadın məsələlərində təcrübə mübadiləsini nəzərdə tutan sənədləri də qeyd etmək istərdim. Digər vacib sənəd isə fövqəladə hallarının aradan qadırılması sahəsində əməkdaşlıq sazişidir. Burada söhbət xüsusən Xəzər dənizində baş verən fövqəladə halların aradan qaldırılmasından gedir". (apa)

Google+ WhatsApp ok.ru