İran və Azərbaycan ikitərəfli sərhəd anlaşmalarının artırılmasını vurğulayıblar

Maide.az-ın məlumatına görə, İran və Azərbaycan Respublikası sərhəd komandanları general-mayor Qasem Rezayi və general-polkovnik Elçin Quliyev Naxçıvanda keçirilən görüşdə regionu hədələyən təkfirçi cərəyanlar və terror qruplaşmaları ilə müştərək mübarizənin zəruriliyini vurğulayıblar. 
 
İran və Azərbaycan Respublikası sərhəd komandanları həmçinin sərhədlərdə münasib təhlükəsizliyin bərqərar olunması, narkotik maddələr və qadağan olunmuş məhsulların qaçaqçılığı ilə müştərək mübarizə məqsədilə iki ölkə sərhədçiləri arasında əlaqənin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. 
 
İran İslam Respublikasının sərhəd heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bu respublikanın Ali Məclisinin sədri Vasif Talıbovla da görüşərək danışıqlar aparıb. 
 
Naxçıvan Ali Məclisinin sədri bu görüşdə İran və Azərbaycan Respublikasının qədim dostluq münasibətlərinə toxunaraq, iki ölkə əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıb.

Google+ WhatsApp ok.ru